Trampın sürücüsü iş haqqının verilməməsinə görə iddia qaldırıb
ABŞ prezidentinin sürücüsü Noel Sintron uzun illər ərzində iş vaxtından artıq görülən iş haqqının verilməməsinə görə "Trump Organization" şirkətini məhkəməyə verib.
10 İyul 2018 11:43 DünyaABŞ prezidentinin sürücüsü Noel Sintron uzun illər ərzində iş vaxtından artıq görülən iş haqqının verilməməsinə görə "Trump Organization" şirkətini məhkəməyə verib.
Bildirilib ki, N.Sintron 25 ildən çoxdur Donald Trampın işçisi olub. O, həftədə 50-55 saat işləyib. Bununla belə, ABŞ qanunvericiliyinə uyğun olaraq, işçi həftə ərzində 40 saatdan artıq işləyirsə, hər saata görə adı iş saat ödənişindən 1,5 dəfə çox pul almalıdır.
Sürücü həmçinin 2010-ci ildən maaşının artırılmamasından şikayət edib. Hazırda Noel Sintron məhkəmə vasitəsilə hüquqlarının bərpasına nail olmağa çalışır.
Bu barədə "Report" CNBC-yə istinadən xəbər verir.