Çin təşvişdə - "Mariya" yaxınlaşır

Çinin şərqindəki Futszyan əyalətində "Mariya" tayfununun yaxınlaşması ilə əlaqədar ən yüksək dərəcəli, "qırmızı" kateqoriyalı xəbərdarlıq verilib.

Yaxın saatlarda tayfunun Tayvanı və Futszyan əyalətini əhatə edəcəyi gözlənilir.

Qeyd olunur ki, tayfunun episentrində küləyin sürəti saniyədə 52 metrə çatır.

Sahil bölgəsində yaşayan sakinlərə təxliyə prosesinə hazır olmaları tapşırılıb.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31