Ermənistanda yüksək vəzifəli məmur barəsində korrupsiyaya görə araşdırmalara başlanılıb
10 İyul 2018 12:25 DünyaErmənistan Dövlət Gəlirləri Komitəsinin Əməliyyat-Təhlil İdarəsiinin rəisi Karen Karapetyan barəsində korrupsiyaya görə araşdırmalara başlanılıb.
Bunu "Jamanak" qəzeti yazıb.
Məlumata görə, K.Karapetyan həmin vəzifəyə bir müddət əvvəl təyin olunub. Təyinatdan sonra onun adı korrupsiya qalmaqalında hallanmağa başlayıb. Hazırda K.Karapetyan müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb. Korrpusiya qalmaqalı ilə bağlı araşdırmalar aparılır. Onun barəsində cinayət işinin başlanacağı istisna edilmir.
Bundan əvvəl K.Karapetyan Kentron rayonunun vergilər idarəsinin rəisi vəzifəsində işləyib. Məlumata əsasən, korrupsiyaya ən çox bulaşmış K.Karapetyan Ermənistan polisinin başçısı Valeri Osipyanın "xaç atası"dır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31