Tailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb
Tailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb.
10 İyul 2018 11:42 DünyaTailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb.
Bunu ölkənin Birləşmiş Qərargahının rəhbəri Naronqsak Osotthanakon bildirib.
Onun sözlərinə görə, əməliyyatın üçüncü fazasının məqsədi 5 uşağın və onları tapan andan mağarada uşaqlarla bir yerdə qalan 4 hərbçinin çıxarılmasıdır.
Xatırladaq ki, 11-16 yaşlı 12 uşaq və 25 yaşlı futbol məşqçisi dağ parkında yerləşən mağaraya gedib. Leysan yağdığına görə mağaranın girişini su basıb və onlar oradan çıxa bilməyiblər.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31