Artıq hərbi rəisləri Türkiyə Prezidenti təyin edəcək
10 İyul 2018 11:47 DünyaTürkiyədə prezident idarə üsuluna keçidlə əlaqədar bu yaxınlarda edilən dəyişikliklərə əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan ölkə Silahlı Qüvvələrinə polkovniklər, briqada generalları və kontr-admirallar təyin etmək səlahiyyəti əldə edib.
İlk təyinatın cari il avqustun 30-na planlaşdırıldığı deyilir.
Qeyd edək ki, bu gün Hulusi Akar Türkiyənin milli müdafiə naziri, Yaşar Gülər isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31