Gündəm

Bayraq və gerbi təhqir edənlər cəzalanacaqlar

11 Dekabr 2018 18:50

Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur. “Olaylar”ın məlumatına görə, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.

Ümumilli liderin anım günü qeyd olunub

11 Dekabr 2018 17:26

Azərbaycan Dövlət İqtisad Universitetində Ümumilli lider, Dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov və digər rəhbər şəxslər UNEC-də Heydər Əliyevin büstü önünə ehtiramla gül dəstəsi qoydular. Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Allahşükür Paşazadə: “Əsl demokratik prinsiplərə söykənən vicdan azadlığı və müqəddəs islami dəyərlərin təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”

11 Dekabr 2018 16:46

Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndər Heydər Əliyevin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib. A.Paşazadə bildirib ki, Heydər Əliyev ümummilli lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi.Şeyxülislam əlavə edib ki, ulu öndər milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı:

İlhamə Quliyevanın oğlu azadlığa buraxılıb

11 Dekabr 2018 16:41

Bu gün Binəqədi Rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Mübariz Qurbanlı: “Ulu öndər Heydər Əliyev dini qaydalarımıza çox ciddi şəkildə əməl edib və bunu başqalarına da tövsiyə edib”

11 Dekabr 2018 16:38

Ulu öndər Heydər Əliyevin qoyduğu irs, həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.