Bayraq və gerbi təhqir edənlər cəzalanacaqlar
Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur. “Olaylar”ın məlumatına görə, bu barədə yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində əks olunub.
11 Dekabr 2018 18:50 SiyasətDövlət Gerbinin oturulan, ayaq basılan yerlərdə təsvir edilməsi qadağan olunur. "Olaylar"ın məlumatına görə, bu barədə yeni hazırlanan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" qanun layihəsində əks olunub. Belə ki, qanun layihəsində bildirilir ki, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə olunmalıdır. Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.