Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31