Həsən Ruhani: "İran neftinin ixracı ABŞ sanksiyalarının tətbiqindən sonra xeyli artıb"

ABŞ sanksiyalarının tətbiq olunmasından sonra İranda neft ixracı artıb.

Bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

"Amerikalıların məqsədi ixracatımızı dayandırmaq idi və mən açıq şəkildə bildirmək istəyirəm ki, noyabrın 4-dən (İran neftinə sanksiyalar tətbiq edildikdən) sonra neft ixracımız xeyli artıb. Neft Nazirliyinin bugünkü hesabatı da bunu təsdiqləyir", - H.Ruhani deyib.

O vurğulayıb ki, ABŞ-ın bu istiqamətdəki fəaliyyəti uğurlu olmayıb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31