Ümumilli liderin anım günü qeyd olunub
Azərbaycan Dövlət İqtisad Universitetində Ümumilli lider, Dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov və digər rəhbər şəxslər UNEC-də Heydər Əliyevin büstü önünə ehtiramla gül dəstəsi qoydular. Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
11 Dekabr 2018 17:26 SiyasətAzərbaycan Dövlət İqtisad Universitetində Ümumilli lider, Dahi şəxsiyyət Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov və digər rəhbər şəxslər UNEC-də Heydər Əliyevin büstü önünə ehtiramla gül dəstəsi qoydular. Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, Ümumilli lider yalnız dahi siyasətçi yox, həmçinin müdrük iqtisadçı olmuşdur.
"Heydər Əliyev həm də böyük bir insan idi. Onu tanıyanlar və tanımayanlar ona olan sevgisi haqqında danışırlar". Bir çox tarixi şəxsiyyət Heydər Əliyev ilə bağlı xatirələrində onun dahi siyasətçi olduğunu vurğulayıb. Ukraynanın birinci prezidenti Leonid Kravçuk Heydər Əliyev haqqında xatirələrini bölüşərkən onun Azərbaycanın maraqlarını necə qoruduğuna xüsusi toxunub. Moskvada, MDB dövlət başçılarının iclası zamanı Heydər Əliyev Boris Yeltsinə müraciət edərək bəzi məsələlərin, o cümlədən, MDB-nin ümumi məkanının qorunması üçün şərait yaradılması və ərzaq məsələsini qaldırdı. B.Yeltsin ilk əvvəl müraciətə etinasız yanaşır, lakin L.Kravçuk Ukrayna üçün də zəruri olan məsələni dəstəklədikdən sonra qaldırılan mövzu gündəliyə salınır.
Sonra dahi şəxsiyyətə həsr edilmiş videoçarx nümayiş olundu.