Gündəm

“Xəzər Dəniz Gəmiçiliyi” təhlükəsizlik tədbirlərini gücləndirdi

16 Yanvar 2019 18:17

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.

Sabah ən şiddətli külək bu ərazidə olacaq – Diqqət

16 Yanvar 2019 17:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təhlükəli hidrometeoroloji hadisə ilə bağlı yaydığı məlumat bilavasitə Xəzər dənizi akvatoriyasında gözlənilən təhlükələ yarada bilən şiddətli küləklə bağlıdır. Bununla əlaqədar Dövlət Dəniz Adminstrasiyasına, Neft Şirkətinə və digər dənizdə iş aparan qurumlara 2 gün əvvəldən xəbərdarlıq verilib ki, onlar qabaqlayıcı tədbirlər görə bilsinlər.

Əflatun Amaşov: “Struktur islahatları bəhrəsini verəcək”

16 Yanvar 2019 17:35

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son günlər imzaladığı fərman və sərəncamlar ölkəmizdə böyük struktur və kadr islahatlarının başlanmasından xəbər verir. İslahatlar gözlənilən idi. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bununla bağlı fikirlərini konkret şəkildə ifadə etmişdi: “…idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü…””.

Hakimlər üçün təlim keçirilib

16 Yanvar 2019 16:08

Mülki Prosessual Məcəlləsində edilən dəyişikliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib.

Rusiya XİN başçısı: "2018-ci il Moskva ilə Bakı arasındakı əlaqələr baxımından çox müsbət olub"

16 Yanvar 2019 15:25

"Rusiya-Azərbaycan əlaqələri kifayət qədər sabit və mərhələli inkişaf edir". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.