Erməni KİV-i Paris danışıqlarından yazır
17 Yanvar 2019 11:07 SiyasətAzərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün Parisdə keçirilən görüşləri ilə bağlı erməni KİV-ləri də məlumat yayıb. Xarici diplomatik nümayəndəliklərinin rəhbərləri səmərəli, daha geniş qarşılıqlı anlaşma və inam istiqamətinə yönəlmiş konstruktiv fikir mübadiləsi aparıblar.
"Dörd saat yarımdan çox davam edən görüşdə tərəflər geniş şəkildə sülh prosesinə, o cümlədən, xalqların sülhə hazırlığına, təhlükəsizlik və stabil regional inkişaf məsələlərinə toxunublar", adıçəkilən sayt Ermənistan XİN-nin mətbuat xidmətinə istinad edib.
Həmçinin, bildirilib ki, XİN rəhbərlərinin növbəti görüşlərinin vaxtı təsdiq edilməyib, lakin buna baxmayaraq, nazirlər qarşıdakı aylarda davamlı təmasda olmalarına razılıq veriblər.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31