Hakimlər üçün təlim keçirilib
Mülki Prosessual Məcəlləsində edilən dəyişikliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib.
16 Yanvar 2019 16:08 SiyasətMülki Prosessual Məcəlləsində edilən dəyişikliyin icrası məqsədilə Şəki Məhkəmə Kompleksində Şəki Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin hakimləri üçün təlim keçirilib. Tədbirdə təlimçi qismində Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rafael Eyvazov iştirak ediblər.Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, təlimin açılışında çıxış edən Şəki Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatlarından bəhs edərək mülki prosessual qanunvericiliyə edilən mütərəqqi dəyişikliklərin müstəsna əhəmiyyətini qeyd edib, keçirilən təlimin qanunvericiliyin yeni müddəalarının öyrənilməsi və düzgün tətbiq edilməsinə yönəldiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə edilmiş əsaslı dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılmasına, operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişlənməsinə xidmət edir.