Gündəm
Trampdan İsrailə Qəzza dəstəyi
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya havadan hücum etməsini tam dəstəkləyib. Bu barədə Tvitter hesabında paylaşım edən Tramp bu hücumu Qəzzadan İsrailə olan hücumlara cavab olduğunu ifadə edib.
Sarayda Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunacaq
İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş “80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili-tamaşa göstəriləcək.
San Dieqo şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Kevin Folkoner (Kevin L. Faulkoner) tərəfindən müvafiq bəyannamə imzalanıb.
Putin və Tramp arasında telefon danışığı oldu
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib. O bildirib ki, liderlərin söhbəti bir saat yarım davam edib.
Dəhşətli QƏZA: 7 ölü, 30 yaralı - Yas mərasimindən qayıdırdılar
Türkiyənin Tokat vilayətinində ağır yol qəzası baş verib. Hadisə Rəşadiyə mahalında qeydə alınıb. Güvəndik kəndindəki yas mərasimindən qayıdan şəxsləri daşıyan Küçükçekmece bələdiyyəsinə aid avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 30-ü isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Xələf Xələfov yeni vəzifəyə təyin olundu
Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub. Dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.
Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı - Qurumlar nə deyir?
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsində problem yaranıb. Belə ki, vəsiqə üçün aidiyyəti qurumlara müraciət edən şəxslərə sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verilir. Məlumat üçün bildirək ki, Azərbaycanda sürücülük vəsiqələrinin alınması ilə bağlı prosedurlara iki qurum nəzarət edir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (ərazi üzrə idarələr) və ASAN xidmət mərkəzləri.
Misir Mərdanov Əli İnsanovu biabır etdi – VİDEO
Misir Mərdanov Əli İnsanovu biabır etdi – VİDEO
Köçəryan, Paşinyan və İnsanovu nə birləşdirir? – Deputat
Köçəryan, Paşinyan və İnsanovu nə birləşdirir? – Deputat
“Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdim edildi
“Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Xəzərdən Dunaya qədər” adlı sənədli filmin təqdimat mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində keçirilən tədbirlər planı çərçivəsində 9 May Qələbə gününə həsr olunan tədbir Tələbə Elmi Cəmiyyəti (TEC) və Serb dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Nazir Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri ilə görüşüb
Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç ilə görüşüb. Görüşdə birgə əməkdaşlıq, ölkələr arasında mədəni sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət məsələləri müzakirə olunub.
Rektor Türkiyənin Atılım Universitetinin nümayəndələri ilə görüşüb
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Türkiyənin Atılım Universitetinin prorektoru, professor Serkan Eryılmaz, Fənn ədəbiyyat fakültəsinin dekanı professor Ayfer Altay, Araşdırma və inkişaf şöbəsinin direktoru dosent Yılser Devrim ilə görüşüb.
3 May - Ümumdünya Mətbuat Azadlığı Günüdür
Hər il 3 May tarixi dünyada jurnalistlərin beynəlxalq peşə bayramı - Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, mətbuatın müstəqilliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər müzakirə edilir. 2019-cu ildə YUNESKO artıq 26-cı dəfədir ki, Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edir. Təşkilatın Afrika Birliyi Komissiyası və Efiopiya Respublikası hökuməti ilə birgə təşkil etdiyi əsas tədbir 1-3 may tarixlərində Efiopiyada keçiriləcək.
"Nəsimi" baletinin premyerası olacaq - Opera və Balet Teatrında
Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaqdır. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur. Olaylar.az bildirir ki, 2019-cu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Nəsimi ili" elan edilmişdir. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan balet bu əlamətdar hadisəyə Opera və Balet Teatrı kollektivinin töhfəsidir.
“Forum ölkəmizin beynəlxalq statusunu daha da artırır” – Bəhruz Quliyev
Prezidenti İlham Əliyev tərəfindən hələ 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində, artıq ölkəmiz dünyanın dialoq mərkəzinə çevrilib”. Bu fikirləri Olaylar.az -a “Səs” Media Qrupunun baş direktoru, ekspert Bəhruz Quliyev Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamasına münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, dünyada qlobal ictimai-siyasi proseslərin cərəyan elədiyi bir zamanda, belə bir mövzunun seçilməsi çox önəmli bir məsələdir:














.jpg)