Trampdan İsrailə Qəzza dəstəyi
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya havadan hücum etməsini tam dəstəkləyib. Bu barədə Tvitter hesabında paylaşım edən Tramp bu hücumu Qəzzadan İsrailə olan hücumlara cavab olduğunu ifadə edib.
6 May 2019 10:33 DünyaABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya havadan hücum etməsini tam dəstəkləyib.
Bu barədə Tvitter hesabında paylaşım edən Tramp bu hücumu Qəzzadan İsrailə olan hücumlara cavab olduğunu ifadə edib.
"İsrail bir daha HƏMAS və "İslam Cihadı" terror təşkilatlarının ölümcül, çoxlu raket hücumları ilə üz-üzədir. İsrailin vətəndaşlarını qorumaqla bağlı addımlarına 100 faiz dəstək veririk", -deyə Tramp tvitter hesabında yazıb.
Qeyd edək ki, təkcə bazar günündən bu saata qədər 21 fələstinli İsrail hücumları nəticəsində şəhid olub. İsrail əsasən Qəzza zolağının cənub, şimal və orta qisimlərinə sadə vətəndaşların yaşadığı, əkinçiliklə məşğul olduğu və ictimai nəqliyyatın sıx olduğu ərazilərdə hücumlar həyata keçirir. Publika.az