SEPAH Hörmüz boğazında gəmiyə zərbə endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə cəhd edən daha bir neft tankerinə zərbə endirdiyini açıqlayıb.

"Boğazda supertanker vurulub və alovlanıb", - deyə İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Sepah News saytında yayımlanan bəyanatında bildirib.

Bəyanatda vurğulanır ki, hədəfə alınan gəmi naviqasiya sistemini söndürərək və "İnqilab Keşikçilərinin Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq" boğazdan keçməyə cəhd edib.

Bundan bir gün əvvəl İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Özməi xəbərdarlıq etmişdi ki, Hörmüz boğazında naviqasiya sistemlərini söndürən istənilən gəmi "düşmən" hesab ediləcək və "sərt tədbirlərlə" üzləşəcək.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) da bazar ertəsi açıqlama yayaraq, bir gün əvvəl Hörmüz boğazında gəmilərin hədəfə alındığı dörd ayrı insident barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31