Macarıstan Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarında növbəti mərhələni bloklayıb- ÖZƏL

Macarıstan Avropa İttifaqına (Aİ) Ukrayna və Moldovanın üzvlüyü ilə bağlı danışıqlarda növbəti prosedur addımlarını bloklayıb. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv portalı diplomatlara və rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, Brüsseldə keçirilən texniki iclas zamanı Budapeştin etirazı səbəbindən Ukrayna və Moldova daxili bazar və rəqabət qabiliyyəti sahəsində islahatlarla bağlı rəsmi danışıqlara başlaya bilməyəcək.
Mənbələrin sözlərinə görə, danışıqlarda irəliləyiş əldə olunmadığı təqdirdə proses sentyabrın 1-dək mümkün olmayacaq. Növbəti texniki iclasın həmin tarixdə keçirilməsi planlaşdırılır.
Avropa Komissiyası iyun ayında Ukrayna və Moldova ilə Aİ-nin əsas dəyərlərinə dair klaster üzrə danışıqlara başlayarkən, iyul ayında digər bütün klasterlər üzrə də məsləhətləşmələrə start verməyi planlaşdırdığını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31