“Forum ölkəmizin beynəlxalq statusunu daha da artırır” – Bəhruz Quliyev
Prezidenti İlham Əliyev tərəfindən hələ 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində, artıq ölkəmiz dünyanın dialoq mərkəzinə çevrilib”. Bu fikirləri Olaylar.az -a “Səs” Media Qrupunun baş direktoru, ekspert Bəhruz Quliyev Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamasına münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, dünyada qlobal ictimai-siyasi proseslərin cərəyan elədiyi bir zamanda, belə bir mövzunun seçilməsi çox önəmli bir məsələdir:
3 May 2019 14:14 SiyasətPrezidenti İlham Əliyev tərəfindən hələ 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi" təşəbbüsü çərçivəsində, artıq ölkəmiz dünyanın dialoq mərkəzinə çevrilib". Bu fikirləri Olaylar.az -a "Səs" Media Qrupunun baş direktoru, ekspert Bəhruz Quliyev Bakıda "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlamasına münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, dünyada qlobal ictimai-siyasi proseslərin cərəyan elədiyi bir zamanda, belə bir mövzunun seçilməsi çox önəmli bir məsələdir: "Əgər nəzərə alarsaq ki, Azərbaycanın özü də Ermənistanın təcavüzkar siyasətinə məruz qalıb və torpaqlarının 20 faizi hələ də işğal altındadır, bu zaman münaqişələrin həll olunması ətrafında aparılan müzakirələr öz əhəmiyyəti ilə seçilə bilər. Çünki Forumda dünyanın çoxsaylı nüfuzlu şəxslərinin iştirakı reallaşır, tanınmış siyasi xadimlər bu və ya digər şəkildə öz mülahizələrini, müzakirələrini dünyanın ictimai rəyinin diqqətinə çatdırırlar".
"Ölkəmiz həmçinin, beynəlxalq aləmə multikultural və tolerantlıq dəyərlərini ixrac edən ölkə olaraq tanınır və əbəs deyil ki, sayca beşinci dəfə keçirilən Forum artıq ənənə şəklini alıb", bildirən ekspert əlavə edib ki, bu ənənənin qarşıdakı illərdə də inkişaf edəcəyinə şübhə yoxdur: "Belə ki, Bakı Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilib. Bundan əvvəl keçirilən forumların uğurlu nəticəsi və hər il genişlənən mütərəqqi təcrübəyə əsaslanan V Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalar arası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün səy göstərəcək, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə öz töhfəsini verməkdədir".
Bəhruz Quliyev onu da xatırladıb ki, Forum dünya ölkələrinə də öz töhvəsini verməklə əlamətdar hadisə hesab olunur və bu reallığın təməlində bəşəriyyətə tarixən ən yüksək töhfələrini vermiş, bu gün də həmin siyasəti davam etdirən Azərbaycan dövləti dayanır: "Məsələn, Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər müzakirəyə çıxarılır. Əbəs deyil ki, Forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə çoxsaylı sessiya və tədbirlər keçirilir. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və s. mühüm mövzuları əhatə edir ki, onlarımn hər biri dünyada sabitliyin bərqərar olmasına xidmət edir . Məhz Forumda bu kimi məsələrin müzakirəsi dünya ictimaiyyətin Azərbaycana marağını artırı, paralel olaraq ölkəmizi beynəlxalq və rügional münaqişələrin müzakirəsi məkanına çevirmiş olur və təbii ki, bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər, həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir".