Gündəm

İranda minlərlə insan küçələrə axışdı - 40 şəhərdə ETİRAZ AKSİYASI - VİDEO

3 May 2019 12:05

İranın 40-a yaxın şəhərində müəllimlərin kütləvi dinc etiraz aksiyası keçirilib.

Yaponiyada tarixdə ən böyük nadir torpaq metallar yatağı kəşf edilib

3 May 2019 10:25

Geoloqlar Yaponiya sahillərində böyük nadir torpaq minerallar yatağı kəşf ediblər. İlkin hesablamalara görə, burada 16 milyon tona yaxın qiymətli metal mövcuddur. Nadir torpaq metalları skandium, ittrium, lantan və lantanoidlərin daxil olduğu 17 elementdən ibarət qrupdur. Nadir torpaq elementləri kimyəvi və fiziki xüsusiyyətlərinə görə bir-birinə çox bənzəyir ki, bu da onların atomlarının zahiri elektron səviyyələrinin eyni quruluşa malik olması ilə izah olunur. Onlar əksər elektron qurğularda, o cümlədən smartfon akkumulyatorlarında və avtomobillər üçün platalarda istifadə edilir.

Azərbaycanda vəzifəli şəxsin oğlunu güllələyib öldürdülər – ŞOK CİNAYƏT

3 May 2019 10:23

Dünən Şəmkir rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Rayonun Bayramlı kəndində yaşadığı evdə güllələnərək öldürülən 1990-cı il təvəllüdlü Kəramət Şükür oğlu Məmmədov Ədliyyə Nazirliyinin işçisi olub. O, Gəncədə yerləşən həbsxanada nəzarətçi vəzifəsində çalışırmış. Hələlik hadisənin kim tərəfindən, hansı səbəbdən və hansı şəraitdə törədilməsi məlum deyil.

1 115 nəfərin əmək və ya xidmət müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib

3 May 2019 10:22

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi artıq 2 ildir ki, əmək münasibətlərinin tənzimlənməsi sahəsində fəaliyyət göstərir. Bu dövr ərzində Mərkəz tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 128 monitorinq həyata keçirilib. Monitorinqlər zamanı 4 817 nəfər yoxlanılıb və bu işçilərdən 1 115 nəfərinin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb edildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 268 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.

“Üçüncü sort müğənnilər”i kompleksə salıram” - Brilliant Dadaşova

3 May 2019 10:02

Xalq artisti Brilliant Dadaşova İnstagram hesabında yeni video paylaşıb. O, videosuna yazdığı şərhlə diqqət çəkib.

“iPhone” smartfonlarında yeni barmaq izi skaneri sistemi tətbiq olunacaq

3 May 2019 10:01

ABŞ Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) “Apple” şirkətinə mobil qurğular üçün biometrik identifikasiya vasitələrinə patent hüququ verib. Söhbət “iPhone” smartfonlarında adi “Touch ID” sensoru əvəzinə, istifadəsi planlaşdırılan yeni barmaq izi skaneri sistemindən gedir.

“Qlobal vətəndaşlıq təhsili: Sülh mədəniyyətinin aşılanması” mövzusu ətrafında müzakirələr aparılıb

3 May 2019 09:59

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada “Qlobal vətəndaşlıq təhsili: Sülh mədəniyyətinin aşılanması” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Gənclərin fərqlilikləri arasında körpü yeni vasitələr və metodlar tətbiq etməklə qurulur

3 May 2019 09:55

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyalardan biri də “Yeni vasitələr və metodlar tətbiq etməklə gənclərin fərqlilikləri arasında körpünün qurulması: təcrübələrə əsaslanan hekayələr" mövzusuna həsr edilib.

Mobil telefon və mikrodalğalı sobalar insan beyini üçün zərərli deyil - Alimlər AÇIQLADILAR

3 May 2019 09:34

Mobil telefon və mikrodalğalı sobaların insan beyini üçün zərərli dalğalar şüalandırması ilə bağlı geniş yayılmış fikir mövcuddur. Lakin alimlər tərəfindən aparılmış yeni tədqiqatda bu fərziyyə tam təkzib olunub. Məlum olub ki, qeyd edilən qurğuların şüalandırdığı elektromaqnit radiasiyasının səviyyəsi çox aşağıdır və insan orqanizmi üçün zərərli deyil. Bu səbəbdən mobil telefonla uzunmüddətli kontaktın beyin xərçənginə gətirib çıxarması ilə bağlı fikir tam təkzib edilib.

Avropa Şurası Baş katibinin müavini: "Azərbaycan bizim zəruri üzv ölkəmizdir"

3 May 2019 09:30

"Azərbaycana gəlməkdən böyük şərəf hissi keçirirəm. Azərbaycan bizim zəruri üzv ölkəmizdir. Bizim gənc, dinamik, demokratik dövlətdir. Avropanın bu hissəsində yerləşən bir məmləkətdir. Habelə nəinki mədəniyyətlərarası dialoq, həmçinin məxsusi olaraq müzakirə etdiyimiz mövzu ilə bağlı aparıcı dövlətdir. Odur ki, qeyd etmək istəyirəm, burada - bu Forumda bir daha çıxış etmək mənim üçün böyük fəxrdir".

Gürcüstan Patriarxlığından Keşikçidağ AÇIQLAMASI

3 May 2019 09:27

Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb. Bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.

Lalə Məmmədova keçmiş əri haqqında:  "Qanun qarşısında cavab verəcək"

3 May 2019 09:25

Əməkdar artist Lalə Məmmədova eks həyat yoldaşı İlham Qafarov haqda paylaşım edib. Müğənni bildirib ki, keçmiş əri onun və övladlarının ünvanına dediklərinə görə məhkəmədə cavab verəcək:

Forumun plenar sessiyası: Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq

3 May 2019 09:24

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk plenar sessiya “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq” mövzusunda olub. Sessiya Alfred Dik adına Vətəndaşlıq və Qloballaşma İnstitutunun direktoru və UNESCO-nun Dinlərarası Dialoq və Mədəniyyətlərarası Anlaşma üzrə UNITWIN Şəbəkəsinin təşkilatçısı Fethi Mansurinin moderatorluğu ilə keçib. Fethi Mansuri deyib ki, çoxtərəflilik və mədəniyyətlərarası dialoq mövzusu bir çox alimlərin elmi işlərində mövzu kimi götürülüb. Mədəniyyətlərarası dialoq səmərəli bir yoldur, cəmiyyəti narahat edən çağırışların həlli deməkdir. Məhz mədəniyyətlərarası dialoqla müxtəlifliyi əldə etmək mümkündür. Mədəniyyətlərarası dialoq çoxsəviyyəli olmalıdır.

İsi Məlikzadənin 85 illiyinə həsr olunmuş sərgi açılıb - Kitabxanada

3 May 2019 09:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı filialı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə “İsi Məlikzadə-85” adlı kitab sərgisi təşkil edib.

Moskva ABŞ-a qarşı ittifaq yaradır - RƏSMİ

3 May 2019 09:21

Moskva BMT nizamnaməsinə hörmət edən ölkələrin səylərini ABŞ-ın Venesuela üzrə planlarına mane olmaq üçün səfərbər edir. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.