“Üçüncü sort müğənnilər”i kompleksə salıram” - Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova İnstagram hesabında yeni video paylaşıb. O, videosuna yazdığı şərhlə diqqət çəkib.
3 May 2019 10:02 MədəniyyətXalq artisti Brilliant Dadaşova İnstagram hesabında yeni video paylaşıb.
O, videosuna yazdığı şərhlə diqqət çəkib.
Sənətçi məclislərdə həmkarlarına mikrofon vermədiyini etiraf edib:
"Mikrofonumu heç vaxt başqa müğənnilərə vermirəm, çünki qoxulara qarşı çox həssasam və alergiyam var. Bu da bəzi "ikinci-üçüncü sort müğənniləri" kompleksə salır. Rəylərdə kiməsə yazdırıb, məhz mikrofondan bəhs edirlər".
Qeyd edək ki, məclislərdə mikrofon mövzusu ilə bağlı sənətçilərimiz arasında zaman-zaman qalmaqallar yaranır. Hətta müğənni Elton Hüseynəliyev də bir dəfə B.Dadaşovanın ona mikrofon vermədiyini etiraf etmişdi. Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31