Sarayda Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş tamaşa nümayiş olunacaq

İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş “80 dəqiqə dünya ətrafında sehrli səyahət” adlı musiqili-tamaşa göstəriləcək.

İyunun 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş "80 dəqiqə dünya ətrafında sehrli səyahət" adlı musiqili-tamaşa göstəriləcək.

Əfsanəvi personajın iştirakı ilə maraqlı, əyləncəli musiqili-tamaşaya hər kəsin baxa bilmək imkanı olacaq.

Musiqili-tamaşada "Zima" uşaq festivalı iştirakçılarının çıxışları, fərqli rəqslər və interaktiv oyunlar təqdim ediləcək. Uşaqlar yeni məlumatlar alacaq və onlara xoş əhval-ruhiyyə bəxş ediləcək.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31