Rektor Türkiyənin Atılım Universitetinin nümayəndələri ilə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Türkiyənin Atılım Universitetinin prorektoru, professor Serkan Eryılmaz, Fənn ədəbiyyat fakültəsinin dekanı professor Ayfer Altay, Araşdırma və inkişaf şöbəsinin direktoru dosent Yılser Devrim ilə görüşüb.

Olaylar. az bildirir ki, rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Universitet rəhbəri ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Kamal Abdulla həmçinin Azərbaycanın multikultural ənənələrindən də söz açıb.

Qonaqlar səmimi qəbula görə təşəkkürlərini bildirib. Azərbaycanın dinamik inkişafda olan ölkə olduğunu deyən təmsilçilər xoş münasibətlə ölkədəki qonaqpərvərlikdən danışıblar. Nümayəndələr ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

Daha sonra tələbə və müəllim mübadiləsi, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31