Gündəm
“Vernisaj” rəsm qalereyasında Sürətçıxarma sərgisi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” rəsm qalereyasında Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının tələbələrinin Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Sürətçıxarma sərgisi keçirilib.
Birləşmiş ərəb Əmirlikləri müsabiqə elan edir - "Gələcək ideya və innovasiya sahiblərinin əlindədir"
Məhəmməd bin Rashid Al Maktumun Beynəlxalq Su Mükafatı – Vitse-prezident, Baş nazir, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Al Maktumun təsis etdiyi, dəyəri bir milyon ABŞ dolları məbləğində olan mükafatdır. Olaylar.az bildirir ki, "BƏƏ Suvarma" (Suqia) Müəssisəsi – "Məhəmməd bin Raşid Al Maktum Beynəlxalq Təşəbbüslər" Fondunun himayəsi altında fəaliyyət göstərən müəssisələrdən biri - tərəfindən həyata keçirilən mükafat dünyada içməli su çatışmazlığının aradan qaldırılması üçün günəş enerjisindən istifadə etməklə suların təmizlənməsi və duzsuzlaşdırılması dair innovativ həllərə yönəlir.
Kaliforniyanın Örvayn şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
ABŞ-ın Kaliforniya ştatının Örvayn şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Kristina Shea (Christina Shea) tərəfindən müvafiq bəyannamə imzalanıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə azərbaycanlı-amerikalıların şəhərin sosial və iqtisadi həyatına əvəzolunmaz töhfələr verməkdə davam etdiyi bildirilir.
İmişli “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İmişli regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İmişli “ASAN xidmət” mərkəzinin direktoru Elvin Məmmədov, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və digər qonaqlar iştirak ediblər.
İncəsənət Muzeyində “Türkiyədən Əsən Meh” adlı sərgi təqdim olunacaq
Mayın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və Türk Hava Yollarının dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən Əsən Meh” adlı sərgi açılacaq.
Mədəniyyət Nazirliyinin işçisi ölü tapıldı
Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib.
Prezident və xanımı gənclərlə “selfie” çəkdirdi — FOTO
Prezident və xanımı gənclərlə “selfie” çəkdirdi — FOTO
Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntüləri hazırlanacaq
Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar məsələlər müzakirə olunub.
Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İSESKO-nun növbədənkənar sessiyasında iştirak edib
Səudiyyə Ərəbistanının Məkkə regionunda İSESKO Baş Konfransının 3-cü növbədənkənar sessiyası keçirildi. Olaylar.az bildirir ki, tədbirin keçirilməsində məqsəd İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycrinin səlahiyyət müddətinin qalan hissəsi üçün baş direktor vəzifəsinə yeni namizədin təqdim edilməsi və təsdiqlənməsi idi.
Mədəniyyət Nazirliyinin kollektivi ümummilli liderin məzarını ziyarət edib
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyət, böyük azərbaycanlı ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin həqiqi himayədarı olub, bu sahənin inkişafı üçün əlindən gələni əsirgəməyib.
Dövlət İdarəçilik Akademiyasının tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun təşəbbüsü ilə Siyasi idarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olmuşlar.
"Ədəbiyyat adamı" mükafatının qalibləri bilindi – SİYAHI
Azərbaycan Yaradıcılıq Fondunun ötən ildən təqdim etməyə başladığı "Ədəbiyyat adamı" mükafatının qalibləri müəyyənləşib. Fonddan verilən məlumata görə, "Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də ölkə xaricində çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.
"Muğam-2019" Televiziya Müsabiqəsinin doqquzuncu həftəsi başa çatdı
Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən "Muğam - 2019" VII Televiziya Muğam Müsabiqəsinin doqquzuncu turu tamamlandı.
ASAN Könüllüləri ulu öndər Heydər Əliyevə həsr olunan tədbirləri davam etdirirlər
“ASAN xidmət” və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə silsilə tədbirləri davam etdirirlər.
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto-YENİLƏNDİ
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto














