"Muğam-2019" Televiziya Müsabiqəsinin doqquzuncu həftəsi başa çatdı

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019"  VII Televiziya Muğam Müsabiqəsinin  doqquzuncu turu tamamlandı.

Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə  keçirilən "Muğam - 2019"  VII Televiziya Muğam Müsabiqəsinin  doqquzuncu turu tamamlandı.

Olaylar.az bildirir ki, müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov,  Arif Babayev, Səkinə İsmayılova,  Mənsum İbrahimov, Mələkxanım Əyyubova,  Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi,  Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Doqquzuncu turun mövzusu XIX əsrin görkəmli şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri idi. Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli sənətkarlar Xalq artisti Qəndab Quliyeva  və Ağababa Novruzovun ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi.

Müsabiqə iştirakçılarını müşayiət edirdilər:  tarda Rəşad İbrahimov  və  Rüstəm Müslümov, kamançada Təbriz Yusubov  və  Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov. 

Doqquzuncu turun nəticələrinə görə - Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Xəyal Hüseynov, İlahə Rüstəmova, Vəliş Mirzəyev, Türkanə Nəcəfova,  Rəvan Qoçayev, Suma Tapdıqova və Murad Rüstəmzadə 63 bal;  Faiq Əkbərov və Nəcibə Məmmədova  62 bal;  Qələm Qocamanova 57 bal topladılar.

Müsabiqənin şərtlərinə görə  ən az bal toplayan iştirakçı Qələm Qocamanova  yarışmanı tərk etdi. Beləliklə, yarışmanı 11 iştirakçı davam edir.

Müsabiqənin onuncu turu may  ayının  14-də və 16-da  ölkəmizin regionlarında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31