Sabah Bakının bəzi ərazilərində qazın verilişi dayandırılacaq
18:56 Sosialİyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, fasilənin səbəbi həmin ərazilərdə təmir-quraşdırma işlərinin həyata keçirilməsidir.
Məlumata görə, saat 10:00-dan etibarən işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalılıq və Atçılıq yaşayış massivləri, eləcə də Sabunçu rayonunun Zabrat qəsəbəsi, Oktyabr, R. Axundov və L. Məmmədbəyova küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31