Mədəniyyət Nazirliyinin işçisi ölü tapıldı

Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib.

Cəlilabad rayonunda muzey direktorunun iş yerində meyiti tapılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, 1955-ci il təvəllüdlü Ağayar Nəsirovun iş yerindəki otağından meyiti aşkar edilib.

Məlumata görə, mərhum dünən günorta saatlarında vəfat edib. Onun meyiti isə dünən gecə saatlarında aşkar edilib. İlkin məlumata görə, muzey direktoru ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31