Gündəm
Ali Hərbi Məktəbdə Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir dövlət himninin səslənməsi ilə başlanıb.
Xanəndələrin ifasında Nəsimi şeirləri
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli 11 illik musiqi məktəbində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Nəsimi xanəndələrimizin ifasında” adlı tədbir keçirilib.
"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - Xalası oğlundan AÇIQLAMA
"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR - Xalası oğlundan AÇIQLAMA
"Onun yolunda çox fədakarlıqlar etdin" - Röyadan ana olan Natavana
"Sağ-salamat böyüsün. Gözü aydın olsun. Sən bunu çox gözlədin. Əminəm ki, onun yolunda nə qədər fədakarlıq etdin. Gün gələcək o, bunların cavabını verəcək". Bu sözləri əməkdar artist Röya Ayxan "Zaurla Günaydın" verilişində deyib. O, küsülü olduğu həmkarı Natavan Həbibini ana olması münasibətilə təbrik edib.
“G20” ölkələri kənd təsərrüfatında süni intellekt tətbiq edəcəklər
Nizami Xudiyevin oğlu yeni vəzifəyə təyin edildi
Bakı şəhər Sabunçu rayon Prokurorluğunda kadr dəyişikliyi olub. Sabunçu rayon prokurorunun müavini Nazim Xudiyev baş prokuror Zakir Qaralovun əmri ilə vəzifədən azad edilib. O, Xətai rayon Prokurorunun müavini vəzifəsinə təyin edilib.
Fərda ilk dəfə boşanması haqqında: “Məndən xahiş etmişdi ki...”
"Ailənin dağılmağında və birləşməyində xoşbəxtlik dayanır və tam xoşbəxt olmayanda vurnuxmaya başlayırsan. Odur ki, evliliyimi övladlarımın xətrinə vaxtında bitirmək lazım idi. Bir evin içində övladlarımı elə görmək istəmirdim. Uşağa aliment 154 manat təyin edilibsə, mən hər uşağıma 550 -600 manat aliment verirəm. Qazancımın 70 faizini onlarındır. Azərbaycanda mənim qədər aliment verən yoxdur. Məndən xahiş etmişdi ki, dünyaya gətir?"
Azərbaycanlı müğənni narkotik çəkdiyini etiraf etdi
"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Niyam Salami olub. Sənətçi özü ilə bağlı sualları cavablandırıb. Niyam "Narkotikdən istifadə etmisən" sualına belə cavab verib:
“Telegram”da yenilik
“Telegram” istifadəçiləri üçün yeni funksiya əlçatan olub. İndi sözügedən messencerin istifadəçiləri köhnə çatları arxivləşdirmək imkanına malikdirlər. Bu barədə messencerin yaradıcısı Pavel Durov məlumat verib.
Azərbaycanın “Qarabağ” muğam qrupunun Ankarada konserti keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində möhtəşəm muğam konserti keçirilib. Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə respublikalarının milli komissiyaları tərəfindən birgə təşkil olunan konsertdə ölkəmizin “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlib. Konsertdə muğam qrupunu dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Ankara simli alətlər dərnəyinin kamera orkestri müşayiət edib.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Kürdəmir rayonunda qonaq olub
Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Kürdəmir rayonu olub. Olaylar.az bildirir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi, yerli sakinlər iştirak edib.
Emin Milli Prezident İlham Əliyevdən üzr istədi
“Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli (Abdullayev) Prezident İlham Əliyevdən üzr istəyib. E.Milli bu barədə Feysbuk hesabında yazıb.
“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Şəmkirdə
Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Şəmkir rayonu olub. Olaylar.az bildirir ki, festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi, yerli sakinlər iştirak ediblər.
Bölgələrdə Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 21 may Kürdəmir, Xırdalan və Beyləqanda, 25 may Şabran, Lənkəran, Ağdaş, Xaçmazda, 30 may Yevlax və Zaqatalada, 8 iyun Tovuzda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Portlend şəhərində Azərabycan Günü və Azərbaycan diplomatik xidmətinin 100 iliyini qeyd edilib
ABŞ-ın Meyn ştatının iqtisadiyyat və turizm mərkəzlərindən olan Portlend şəhərinin meri İtan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.














