Xanəndələrin ifasında Nəsimi şeirləri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli 11 illik musiqi məktəbində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Nəsimi xanəndələrimizin ifasında” adlı tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli 11 illik musiqi məktəbində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş "Nəsimi xanəndələrimizin ifasında" adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə böyük mütəfəkkirin ömür yolu və zəngin yaradıcılığından söhbət açılıb.

Qeyd edilib ki, Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.

Tədbirdə şairin poeziyasından, onun fəlsəfəsindən və incəliklərindən danışmaqla yanaşı, qəzəlləri muğam üstə ifa edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31