Bölgələrdə Səyyar ASAN xidmət davam edir
Səyyar ASAN xidmət 21 may Kürdəmir, Xırdalan və Beyləqanda, 25 may Şabran, Lənkəran, Ağdaş, Xaçmazda, 30 may Yevlax və Zaqatalada, 8 iyun Tovuzda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
13 May 2019 10:35 SosialSəyyar ASAN xidmət 21 may Kürdəmir, Xırdalan və Beyləqanda, 25 may Şabran, Lənkəran, Ağdaş, Xaçmazda, 30 may Yevlax və Zaqatalada, 8 iyun Tovuzda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Olaylar.az bildirir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.