Gündəm

İtkin düşən alpinistlərimizin adı əbədiləşdirildi - Fotolar

10 May 2019 12:28

İtkin düşən alpinistlərimizin adı əbədiləşdirildi - Fotolar

Yaqub Mahmudov: “Heydər Əliyev BDU-nun dünya şöhrətli məzunudur”

10 May 2019 11:25

“Sovet dönəmində böyük ədib Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev bu addımı ilə hələ Sovet imperiyasının mövcud olduğu dövrdə sübut etdi ki, bu imperiya xalqımıza qarşı çox ağır cinayətlər törədib”. Bunu Olaylar.az -a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Ən sürətli superkompüter hazırlanır

10 May 2019 10:51

“AMD” şirkəti dünyada ən sürətli superkompüter hazırlanması üzərində işlərə başlayıb. “Frontier” adlı sistem “Cray” server istehsalçısı, ABŞ-ın Energetika Nazirliyi və “Oak Ridge” Milli Laboratoriyası tərəfindən birgə işlənib hazırlanır.

“Facebook” şirkəti “WhatsApp” messencerində ödəniş xidməti istifadəyə verməyə hazırlaşır

10 May 2019 10:48

"Facebook" sosial şəbəkəsi "WhatsApp" messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir. Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.

Tomas Andersin Heydər Əliyev Mərkəzində çıxış etdi

10 May 2019 10:45

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib. "Musiqi centlmeni - Tomas Anders" adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, məşhur hitlərini səsləndirib.

Akademik Musiqili Teatrda konsert

10 May 2019 10:42

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Bakı Xoreoqrafiya Akademiyasının 90 illiyi çərçivəsində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert keçirilib.

“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşdülər

10 May 2019 10:40

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində 9 may - Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirib. Olaylar.az bildirir ki, görüşdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və “BİR” tələbə-könüllülər də iştirak ediblər.

Kaliforniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat turniri 

10 May 2019 10:37

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində mayın 4-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş geniş şahmat turniri keçirilib. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə artıq ikinci ildir keçirilən və “Bakı Açıq Şahmat Turniri 2019” adlandırılan turnir, San Dieqo Şahmat Klubu tərəfindən təşkil edilib. San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Ulu Öndərin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15-ci illi İtaliya mətbuatında

10 May 2019 10:33

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15-ci illiyi münasibətilə İtaliyanın “L’Opinione” qəzetində italyan jurnalist-tədqiqatçı Domeniko Letizianın geniş məqaləsi dərc olunub.

Azərbaycanın Los Ancelesdəki baş konsulu təltif edilib

10 May 2019 10:29

ABŞ-dakı Pakistan icmasının ən nüfuzlu təşkilatlarından olan Pakistan Şurası (Council of Pakistan) Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib. Olaylar.az bildirir ki, mükafat baş konsula Pakistanın ABŞ-dakı səfiri Əsəd Məcid Xan (Asad Majeed Khan) tərəfindən Los Ancelesdə keçirilən mərasimdə təqdim olunub. Pakistan Şurası sözügedən mükafatı N.Ağayevə “dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə görə” verdiyini elan edib.

Tunar ata oldu

10 May 2019 10:28

Müğənni Tunar Rəhmanoğlunun oğlu dünyaya gəlib. Olaylar.az bildirir ki, sənətçi bu haqda məlumatı instagram səhifəsindən paylaşıb. 

Heydər Əliyev mərkəzlərinin informasiya portalının təqdimatı keçirildi

10 May 2019 10:20

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində rayon (şəhər) Heydər Əliyev mərkəzlərinin informasiya portalının (http://heydaraliyev-centers.az) təqdimat mərasimi keçirildi. Olaylar.az bildirir ki, Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Heydər Əliyev Mərkəzi ümummilli liderin siyasi irsinin araşdırılması, təbliğ olunması sahəsində böyük işlər həyata keçirir: “Bir neçə istiqamətdə fəaliyyət göstərən mərkəz istər ölkə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi əsas məkana çevrilib. Mərkəz həmçinin Azərbaycan həqiqətlərinin, tariximizin, mədəniyyətimizin ölkə hüdudlarından kənarda da təbliği və təşviqi istiqamətində layihələr həyata keçirir”.

Əfsanəvi bəstəkar son mənzilə alqışlarla yola salındı- FOTO

9 May 2019 17:01

Tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, Dövlət Mükafatı laureatı Arif Məlikovla vida mərasimi başa çatdı.

Susmalıyıq... Ən gözəl sevgilərdən sonra - Hədiyyə Şəfaqət - şeirlər

9 May 2019 15:25

Yol Keçib gecənin qaranlığından Axşamın toranlığına qayıdır.

DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

9 May 2019 15:16

Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.