Gündəm

İranda 2 ton narkotik aşkarlandı - 4 qaçaqmalçı öldürüldü

9 May 2019 15:13

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunda 2,17 ton narkotik maddə aşkarlanıb. Vilayətinin hüquq-mühafizə orqanının rəis əvəzi Əhməd Tahiri deyib ki, narkotik qaçaqmalçıları ilə təxminən bir saat baş verən silahlı insidentdə, 4 qaçaqmalçı öldürülüb, 2 nəfər saxlanılıb.

Erməni general Tonoyana qarşı: “Müharibəyə hazırlaşmalıyıq, amma...”

9 May 2019 15:07

“Biz müharibənin davamına hazır olmalıyıq”. Bu barədə erməni general Arkadi Ter-Tadevosyan deyib. Tadevosyan qeyd edib ki, Qarabağda sülh planlarına inanmır: “Bizim yeganə yolumuz ordunu gücləndirməkdir”.

Prezident və xanımı Böyük Vətən müharibəsi veteranları ilə görüşdü -YENİLƏNDİ

9 May 2019 14:21

Prezident və xanımı Böyük Vətən müharibəsi veteranları ilə görüşdü - FOTO

Millət vəkili Rəşad Mahmudov Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib

9 May 2019 13:27

Millət vəkili Rəşad Mahmudov Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirib

“ASAN xidmət” mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə

8 May 2019 16:25

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, 2019-cu il ərzində Bakı şəhərində və bölgələrdə, ümumilikdə 6 yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

“Oyuq” teatr-studiyası çıxış edəcək - “Ey Azərbaycanım”

8 May 2019 15:13

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı istedadlı uşaq və yeniyetmələrin iştirakı ilə növbəti konsertinə hazırlaşır. Olaylar.az bildirir ki, mayın 10-da (saat 17.00) Dənizkənarı Milli Parkda teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının iştirakı ilə “Ey Azərbaycanım” adlı açıq hava konserti keçiriləcək.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri- iş günü- Açıqlandı

8 May 2019 15:11

9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür. Olaylar.az bildirir ki, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans təşkil edilib

8 May 2019 15:04

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

Vüqar Rəhimzadə: Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir

8 May 2019 14:45

«Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Tariximizi vərəqlədikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görür, möhkəm təməl üzərində addımlayan Azərbaycanın uğurları fonunda Heydər Əliyev yolunun qarşıdakı illərdə daha yüksək zirvələri fəth etməyimizə əsas yaratdığını böyük qürur hissi ilə qeyd edirik. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.» Bu fikirləri Olaylar.az -a YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı açıqlamasında bildirib

Azərbaycan YUNESKO-nun Beynəlxalq Forumunda təmsil olunacaqdır

8 May 2019 12:11

Mayın 15-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev YUNESKO-nun mənzil qərargahı Parisdə təşkil olunacaq “Böyük Çol: onun mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumda iştirak edəcəkdir. Olaylar.az bildirir ki, YUNESKO-nun himayədarlığı ilə təşkil olunacaq forumda 20-dən artıq ölkədən alim və mütəxəssislər iştirak edəcəkdir. Forumda əsas məqsəd türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.

“Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filmi təqdim edildi

8 May 2019 12:04

Bakı Şəhər Mədəniyyət Baş İdarənin təşkilatçılığı ilə Şüvəlan qəsəbə Mədəniyyət evində “Zülmdən doğan işıq” adlı ədəbi-bədii sənədli filminin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, təqdimat Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunub.

Şamaxıda V ÜMDF-na həsr olunmuş regional görüş keçiriləcək

8 May 2019 11:08

Mayın 13-də Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçiriləcək. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda gənclərə ünvanlanan çağırış və mesajların mənimsənilməsi, habelə fikir mübadiləsi aparılacaqdır.

Dübəndi qayalıqları təmizləndi - Azərbaycan Fotoqraflar Birliyi tərəfindən

8 May 2019 11:03

Dübəndi qayalıqlarında təmizlim aksiyası baş tutub. Sağlam bədəndə sağlam ruh, təmiz ekologiya, sağlam düşüncə ənənələrinə sadiq qalan Azərbaycan Fotoqraflar Birliyi  “Təmiz Şəhər” layihəsinə öz töhvəsini verdi.

Məbəd yaxınlığında partlayış – Pakistanda

8 May 2019 10:52

Pakistanın şərqində Lahor şəhərində bir Sufi türbəsi yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb. Partlayış Cənubi Asiyanın ən böyük məbədlərindən biri olan Data Darbar yaxınlığında törədilib.