Erməni general Tonoyana qarşı: “Müharibəyə hazırlaşmalıyıq, amma...”
“Biz müharibənin davamına hazır olmalıyıq”. Bu barədə erməni general Arkadi Ter-Tadevosyan deyib. Tadevosyan qeyd edib ki, Qarabağda sülh planlarına inanmır: “Bizim yeganə yolumuz ordunu gücləndirməkdir”.
9 May 2019 15:07 Dünya"Biz müharibənin davamına hazır olmalıyıq". Bu barədə erməni general Arkadi Ter-Tadevosyan deyib.
Tadevosyan qeyd edib ki, Qarabağda sülh planlarına inanmır: "Bizim yeganə yolumuz ordunu gücləndirməkdir".
Lakin Ter-Tadevosyan müdafiə naziri David Tonoyanın Azərbaycana hücum edəcəkləri haqqında bəyanatlarını anlamadığını bildirib.
"Mən onu anlamıram və bununla razı deyiləm. Bu problemi diplomatlar həll etməlidir. Biz ordunu hazırlamalı və gələcək müharibəyə hazırlamalıyıq", - Ter-Tadevosyan deyib.
Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31