Şamaxıda V ÜMDF-na həsr olunmuş regional görüş keçiriləcək

Mayın 13-də Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri ilə regional görüş keçiriləcək. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda gənclərə ünvanlanan çağırış və mesajların mənimsənilməsi, habelə fikir mübadiləsi aparılacaqdır.

Mayın 13-də Şamaxı şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvləri ilə regional görüş keçiriləcək. Olaylar.az bildirir ki, görüşdə gənc mədəniyyət işçiləri bu günlərdə Bakıda keçirilmiş "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq" şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununda gənclərə ünvanlanan çağırış və mesajların mənimsənilməsi, habelə fikir mübadiləsi aparılacaqdır.

Tədbirin məqsədi gənc mədəniyyət işçiləri arasında mədəniyyətlərarası dialoq strategiyasının yaradılması zəruriyyətinin, mövcud problemlərin və münaqişələrin hərb vasitəsi ilə yox, maliyyə, siyasi və mədəni vasitələrlə həll edilməsi barədə təsəvvürlərin formalaşdırılmasıdır.

Görüşdə tolerant və multikultural ölkədə yaşamanın müsbət tərəfləri, birgəyaşayış, bir-birinə hörmətlə yanaşma, müxtəlif mədəniyyətləri və dinləri qəbul etmənin vacibliyi müzakirə olunacaq. Bununla yanaşı, mədəni dəyərlərin məhv edilməsi, oğurlanması və mənimsənilməsinin qarşısının alınması məsələsinə də xüsusi önəm veriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31