Akademik Musiqili Teatrda konsert
Azərbaycan Dövlət Akademik Musiqili Teatrda Bakı Xoreoqrafiya Akademiyasının 90 illiyi çərçivəsində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert keçirilib.
10 May 2019 10:42 MədəniyyətAzərbaycan Dövlət Akademik Musiqili Teatrda Bakı Xoreoqrafiya Akademiyasının 90 illiyi çərçivəsində ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş konsert keçirilib.
Olaylar.az bildirir ki, konsert Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə reallaşıb.
Konsertdə akademiyanın tələbələri tərəfindən F.Bədəlbəylinin "Dəniz", A.Adanın "Jizel" baletindən variasiya, P.İ.Çaykovskinin "Sonalar gölü", "Yatmış gözəl", Ə.Bədəlbəylinin "Qız qalası" baletindən fraqmentlər göstərilib.
Musiqili gecədə, həmçinin milli rəqslərə də geniş yer verilib. "Yaylıq", Q.Qarayevin "7 gözəl" baletindən Şərq rəqsi, Ü.Hacıbəylinin "Koroğlu" operasından rəqslər tamaşaçılar tərəfindən alqışla qarşılanıb.