“Facebook” şirkəti “WhatsApp” messencerində ödəniş xidməti istifadəyə verməyə hazırlaşır
"Facebook" sosial şəbəkəsi "WhatsApp" messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir. Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.
10 May 2019 10:48 İKT"Facebook" sosial şəbəkəsi "WhatsApp" messencerində ödəniş xidmətinin hazırlanması üzərində işləyir. Yeni funksiyanı Böyük Britaniyanın ərazisində sınaqdan keçirmək planlaşdırılır.
"WhatsApp" sözügedən layihənin işə salınması üçün təxminən 100 mühəndis-proqramçı işə götürəcək. Əməkdaşların bir hissəsi Londonda, digər hissəsi "Facebook"un Dublindəki mənzil-qərargahında işləyəcək.
"WhatsApp" mobil və başqa platformalar üçün səs və videorabitə texnologiyasını dəstəkləyən populyar pulsuz mesajlaşma sistemidir. 2014-cü ildə "Facebook" şirkəti "WhatsApp"ı satın alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31