“BİR” tələbə-könüllülər Böyük Vətən müharibəsi veteranları ilə görüşdülər

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində 9 may - Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirib. Olaylar.az bildirir ki, görüşdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və “BİR” tələbə-könüllülər də iştirak ediblər.

Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev faşizm üzərində 9 may - Qələbənin 74-cü ildönümü münasibətilə 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirib.

Olaylar.az bildirir ki, görüşdə Müdafiə Nazirliyi, xüsusi təyinatlı təhsil müəssisələri, veteran təşkilatlarının nümayəndələri, veteran ailələri və "BİR" tələbə-könüllülər də iştirak ediblər. Görüşdə tarixi Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənlimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini xüsusi vurğulayıb. Həmçinin daha sonra Böyük Vətən müharibəsi veteranları "BİR" tələbə-könüllülər ilə görüşərək onlarla 1941-45-ci illər Böyük Vətən müharibəsi vaxtlarından olan xatirələrini bölüşüblər və xatirə şəkli çəkdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31