“Vernisaj” rəsm qalereyasında Sürətçıxarma sərgisi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Vernisaj” rəsm qalereyasında Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının tələbələrinin Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Sürətçıxarma sərgisi keçirilib.
13 May 2019 10:28 MədəniyyətAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Vernisaj" rəsm qalereyasında Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının tələbələrinin Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Sürətçıxarma sərgisi keçirilib.
Olaylar.az bildirir ki, sərginin açılışında çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qeyd edib ki, bu sərginin Ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunması təsadüfi deyil. Çünki Heydər Əliyev Azərbaycan incəsənətinin, o cümlədən rəssamlığın inkişafı üçün misilsiz işlər görüb. "Azərbaycan mədəniyyətinin, incəsənətinin bilicisi və vurğunu olan, həmişə sənət adamlarına böyük diqqət və qayğı göstərən ümummilli liderin xatirsəsi mədəniyyət və incəsənət xadimləri tərəfindən ehtiramla yad edilir. Sürətçıxarma sərgisi ADMİU-da Heydər Əliyevin anadan omasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamıdır.
Sərgidə təqdim olunan sürətlər dünya və milli rəngkarlıq və qrafika məktəbinin zirvələri hesab olunan əsərlərdir. Tələbələrimiz fərdi zövqlərinə əsaslanaraq, Repin, Da Vinçi, Pikasso, Vermeyer, Rembrandt, Deqa, Mone, Van Qoq, N.Əbdürrəhmanov, M.Abdullayev və Q.Yunusun əsərlərinə müraciət ediblər".
Sonra Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektor professor Gülşən Əliyeva, ali dərəcəli bərpaçı və ekspert, Əməkdar rəssam Natiq Səfərov, layihənin rəhbəri, Təsviri sənət kafedrasının müəllimi Rəşad Cabarov çıxış edərək sərgidə nümayiş olunan işlər haqqında məlumat veriblər .
Sərgi 16 may 2019-cu il tarixinədək davam edəcək.