Dövlət İdarəçilik Akademiyasının tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun təşəbbüsü ilə Siyasi idarəetmə fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olmuşlar.

Olaylar.az bildirir ki, nazirliyin strukturu ilə tanış olan tələbələr Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mirsalam Qəmbərovun "Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tətbiqi məsələləri" mövzusunda mühazirəsini dinləmiş, Nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələndirmə şöbəsinin müdiri Səyyarə Məmmədovanın ekoloji maarifləndirmədə hüquqi biliklərin rolu ilə bağlı tövsiyyələrinə qulaq asmışlar. Diskussiya şəraitində keçən praktiki dərsdə tələbələri maraqlandıran suallara cavab verilmiş, Nazirliyin nümayəndələri tələbələrlə münasibətlərindən məmnun olduqlarını bildirmiş, bu təcrübədən gələcəkdə də istifadə edilməsinin məqsədəuyğun olduğunu qeyd etmişlər.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev səmərəli keçən görüşün təşkili və maraqlı təcrübi dərsə görə Nazirliyin rəhbərliyinə və görüş iştirakçılarına təşəkkürünü bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31