İncəsənət Muzeyində “Türkiyədən Əsən Meh” adlı sərgi təqdim olunacaq

Mayın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və Türk Hava Yollarının dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən Əsən Meh” adlı sərgi açılacaq.

Mayın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Emre İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və Türk Hava Yollarının dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində "Türkiyədən Əsən Meh" adlı sərgi açılacaq.

Olaylar.az bildirir ki, müasir Türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədi ilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyin Elmas, Erkin Keskin kimi peşəkar türk rəssamlarının əsərləri təqdim edilir. Bu sərgi son illər ərzində öz mövzusu və peşəkarlığı baxımından Azərbaycanda təşkil edilən ən maraqlı sərgilərdən biri sayıla bilər. Türkiyənin - Bursa, Konya və İstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayan bu yaradıcı şəxslərin hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları vardır.

Tədbirin açılış mərasimi 14 may tarixində saat 18.00-da, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq və sərgi 24 mayadək davam edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31