Dünya

Səlahəddin Dəmirtaşın müavini də saxlanıldı

26 Dekabr 2016 14:41

Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini Aysel Tuğluksaxlanılıb. Bu gün Ankara Şəhər Prokurorluğunun Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən tutulan A.Tuğlukun Diyarbəkirə göndəriləcəyi deyilir.

İran ordusunun irimiqyaslı təlimləri başlayıb

26 Dekabr 2016 14:27

 İranın cənubunda “Səma müdafiəçiləri-Vilayət-2” adlı irimiqyaslı hərbi təlimlər başlayıb. Bunu ölkənin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.

Rusiya təyyarəsi havada partlayıb? - VİDEO

26 Dekabr 2016 14:07

Soçi aeroportuna yaxın kameraların obyektivinə düşmüş sirli partlayışın Rusiyanın Tu-154 təyyarəsinin qəzası ilə heç bir əlaqəsi yoxdur.

İŞİD-in 2 min silahlısı PKK sıralarına qatıldı

26 Dekabr 2016 13:42

Terrorçu İŞİD qruplaşmasının 2 min silahlısı "PYD" və "YPG" nin (terrorçu PKK-nın Suriyadakı qolları) sıralarına qatılıb. Bunu yerli mənbələr bildiriblər.

İŞİD Dağıstanda polisə hücuma görə məsuliyyəti üzərinə götürüb

26 Dekabr 2016 13:11

İŞİD terror qruplaşması Dağıstanda polisə hücuma görə, məsuliyyəti üzərinə götürüb. Bu barədə yaraqlıların şəbəkədəki fəallığını izləyən SITE saytında məlumat verilib. İlk hücum dekabrın 25-nə keçən gecə Mahaçqala - Kaspiysk şosesində polis patrulu xidmət başında olarkən baş verib. İki polis əməkdaşı yaralanıb və xəstəxanaya yerləşdirilib. Dekabrın 25-də səhər saatlarında isə onların öldüyü məlum olub. İkinci hücum da dekabrın 25-nə keçən gecə, Qızılyurdda baş verib. Naməlum şəxslər şəhərin girişində yerləşən polis postunu atəşə tutublar. Report.az

Almaniyada bombanın zərərsizləşdirilməsi üçün 50 mindən çox insan təxliyə edilib

26 Dekabr 2016 13:02

Almaniyada İkinci dünya müharibəsindən qalan bombanın zərərsizləşdirilməsi əməliyyatı çərçivəsində 50 mindən çox insan təxliyə olunub.

Ermənistanı fəlakət gözləyir - Yanvar-noyabr aylarında

26 Dekabr 2016 13:00

Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi aktivlik indeksi 0,6 faiz təşkil edib.

Ən təhlükəli həbsxanada gözəllik müsabiqəsi keçirildi

26 Dekabr 2016 12:57

Dünyanın ən təhlükəli, qorxulu və məhbusların sayına görə ən sıx həbsxanası sayılan "Quezon City Jail"də gözəllik müsabiqəsi keçirilib. Filippinin paytaxtı Manilada yerləşən bu həbsxanada təşkil olunmuş "Miss Universe" adlı müsabiqəyə bir transseksual və 11 homoseksual məhbus qatılmışdı. Həbsxanadakı 12 bandanın hər biri müsabiqəyə bir "gözəl"lə qatılmaq qərarına gəlmişdilər. Keson həbsxanası 800 məhbus üçün nəzərdə tutulsa da, burada 3800 məhbus cəza çəkir. Onlar kameralarda, həyətdə, hətta pilləkənlərdə növbə ilə yatırlar. Milli.az

Palmira yaxınlığında İŞİD-in 25 üzvü zərərsizləşdirilib

26 Dekabr 2016 12:49

Suriya ordusu Palmira şəhərinin qərbində İŞİD terror təşkilatının 25 üzvünü zərərsizləşdirib. Məlumata görə, toqquşma silahlı qruplaşmanın ələ keçirməyə çalışdığı hərbi aerodrom yaxınlığında qeydə alınıb. Suriya hərbçiləri İŞİD-in hücumunun qarşısını ala bilib.

İkinci cəbhə açılır: Türkiyə-İran müharibəsi qapıda

26 Dekabr 2016 12:46

Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlibdir. Bu barədə “Yeni Şafak” qəzeti etibarlı mənbələrə istinadən yazıb.

Əsgərin ölümü ilə bağlı cinayət işinin istintaqı yubadılır

26 Dekabr 2016 12:33

Ermənistan ordusunun ön xətt bölməsində qulluq edən əsgəri Qevork Xaçatryanın ölüm faktı ilə bağlı cinayət işinin araşdırılması bir ildən artıqdır davam edir və hələ də başa çatmayıb.

Qəzada ölən sənətçinin son mesajı KÖVRƏLTDİ

26 Dekabr 2016 12:09

Ötən gün Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Soçi yaxınlığında qəzaya uğrayıb. Dənizə düşən təyyarədə 85 sərnişin və 8 heyət üzvü olub. Qəza nəticəsində, böyük ehtimal ki, sərnişinlərdən sağ qalan olmayıb. Təyyarədə olanlardan biri də sənətçi Dimitry Litvyakovdur. Dmitrinin həyat yoldaşı mətbuata onun son yazdığı mesajını açıqlayıb.

Meksikada 6 kəsilmiş insan başı tapıldı

26 Dekabr 2016 12:06

Meksikanın qərbində bir neçə qanlı cinayət hadisəsi törədilib. Miçoakan ştatının Xikilpan-de-Xuares şəhərində 6 kəsilmiş insane baş tapılıb. Qonşu Gerrero ştatının Atoyak-de-Alvares şəhərində isə 7 nəfərdən ibarət ailə öldürülüb. Yerli polis orqanları silsilə cinayətləri ərazidə fəaliyyət göstərən narkokartellər arasındakı nüfuz savaşı ilə əlaqələndirir. Modern.az

Çindən ABŞ-a ETİRAZ NOTASI

26 Dekabr 2016 12:01

Çin ABŞ-a etiraz notası ünvanlayıb. Buna səbəb Amerikanın hərbi büdcəsinə Tayvanla hərbi əməkdaşlıq proqramının daxil edilməsidir. Artıq, həmin büdcə Barak Obama tərəfindən imzalanıb. Sənəddə Pentaqonun ABŞ-la Tayvan arasında ən yüksək hərbi əməkdaşlığı barədə razılaşması sazişi təsdiq olunub.  

Robota aşiq oldu və evlənmək istəyir

26 Dekabr 2016 11:57

Robotlarla insanların eşq əlaqəsi yaşadığı səhnələrə fantastika filmlərində rastlayırdıqsa, bu, artıq real həyatda da gerçəyə döndü. Fransada yaşayan bir qadın "Twitter"də ölkəsinin qanunlarının icazə verəcəyi təqdirdə robotla evlənəcəyini deyib.