Səlahəddin Dəmirtaşın müavini də saxlanıldı

Türkiyənin kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini Aysel Tuğluksaxlanılıb. Bu gün Ankara Şəhər Prokurorluğunun Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən tutulan A.Tuğlukun Diyarbəkirə göndəriləcəyi deyilir.

Virtualaz.org xatırladır ki, bir müddət öncə Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Pərvin Buldan da saxlanılmışdı. Amma ifadə verdikdən sonar o, sərbəst buraxılmışdı.

Daha əvvəl isə Türkiyə prokurorluğunun sorğusu əsasında türk parlamentinin HDP-dən olan 15 deputatı, həmsədrlər Səlahəddin Dəmirtaş və Fiqen Yuksəkdağ da daxil olmaqla, saxlanılmışdı. Türkiyə hakimiyyəti onları qadağan edilmiş Kürdüstan İşçi Partiyası ilə əlaqələrdə ittiham edirdi. Sonra məhkəmələr 12 deputat barəsində həbs qərarı verdilər. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31