Almaniyada bombanın zərərsizləşdirilməsi üçün 50 mindən çox insan təxliyə edilib

Almaniyada İkinci dünya müharibəsindən qalan bombanın zərərsizləşdirilməsi əməliyyatı çərçivəsində 50 mindən çox insan təxliyə olunub.

Almaniyada İkinci dünya müharibəsindən qalan bombanın zərərsizləşdirilməsi əməliyyatı çərçivəsində 50 mindən çox insan təxliyə olunub. Məlumata görə, hadisə ölkənin cənubundakı Auqsburq şəhərində baş verib.  Bombanın tapıldığı 1,5 km radius ərazidə yaşayan 32 min sakin daxil olmaqla, ümumilikdə 54 min insana axşam saatlarınadək evlərinə qayıtmağa icazə verilməyib. İnsanlar müvəqqəti təxliyə mərkəzləri kimi fəaliyyət göstərən yaxınlıqdakı məktəblərdə yerləşdirilib. Axşam saatlarında şəhər rəhbərliyi çəkisi 1.8 ton olan bombanın zərərsizləşdirildiyi barədə xəbər yayıb.
 

Qeyd  edək ki, İkinci dünya müharibəsi zamanı Böyük Britaniya tərəfindən atılan bomba ötən həftə yeraltı parkinqdə tikinti  zamanı aşkarlanıb.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31