İkinci cəbhə açılır: Türkiyə-İran müharibəsi qapıda

Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlibdir. Bu barədə “Yeni Şafak” qəzeti etibarlı mənbələrə istinadən yazıb.

Bəşər Əsədin Hələbdən sonrakı hədəfi İdlibdir. Bu barədə "Yeni Şafak" qəzeti etibarlı mənbələrə istinadən yazıb.

Qəzet yazır ki, Yaxın Şərqdə "şiə federasiyası" yaradılması planlaşdırılır: "Bu plana görə, məzhəb federasiyası Suriyanın şimalında Türkiyə sərhədindən başlayaraq, Hələb, İdlib, Hama və Humusa qədər ərazini əhatə edəcək. Əsəd, İran və Rusiyanın radikal qrupları bəhanə gətirərək, İdlibə hücum edəcəyi haqqında məlumatlar var. İddialara görə, İranın dəstəklədiyi qruplar Hələb və şəhərin ətrafına yerləşdirilir. Onlar İdlibə müdaxiləyə bəhanə yaratmaq üçün məzhəb qarşıdurması yaradacaqlar".

Qəzetin məlumatına görə, Türkiyə "Fərat qalxanı" əməliyyatı ilə ABŞ-ın Şimali Suriyada yaratmaq istədiyi "terror dəhlizi" (kürd dəhlizi) planının qarşısını aldı.

"Lakin Türkiyənin Yaxın Şərqlə bağlantısını kəsəcək ikinci belə bir layihənin İrana məxsus olduğu deyilir. Hələbdən sonra İdlibin hədəfə alınması Türkiyəni yeni köç dalğası ilə üz-üzə qoya bilər. İdlibin mərkəzində 500 min insan yaşayır, ümumilikdə isə şəhərin ətrafındakı əhalinin sayı 4 milyondur", - deyə qəzet bildirib.

Hərbi mənbələr, Əsədin Türkiyənin Hatay bölgəsi ilə sərhəd olan İdlibə hücum edəcəyi halda, Ankaranın ikinci cəbhəni aça biləcəyini deyir.

"Hazırda İdlibə ediləcək mümkün hücuma qarşı hazırlıqlar görülür. Ankara hərbi müdaxiləyə ehtiyac yaranmaması üçün Suriyada müxalif qrupları bir mərkəzdə toplayır. İdlibin təhlükəsizliyi üçün Azad Suriya Ordusunun qrupları ora göndərilir", - deyə hərbi mənbələr vurğulayıblar. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31