Dünya
Ermənistan prezidenti Rusiyaya işgüzar səfərə yollanıb
Ermənistan prezidenti Serj Sarqsyan Sankt-Peterburqa işgüzar səfərə yola düşüb. Bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. S.Sarqsyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının və AİB Ali İqtisadi Şurasının sessiyalarında iştirak edəcək. Report.az
Yaponiya nüvə tullantılarını 5 min metr dərinlikdə basdırmağı planlaşdırır
Yaponiyanın hökumət dairələrinə yaxın Dəniz Gelogiyası Elmləri və Texnologiyalar Agentliyi (JAMSTEC) radioaktiv tullantıların təqribən 5 min metr dərinlikdə basdırılmasının mümkünlüyünü araşdıracaq.
Pakistan İsraili nüvə silahı ilə hədələdi
İsrail və Pakistanın rəsmi şəxslərinin adından “Facebook”da bəyanatlar ortaya çıxıb. Bu haqda “The Guardian” nəşri bildirib. Pakistanın müdafiə naziri Havadja Məhəmməd Asif İsrailə kəskin formada xatırladıb ki, onun ölkəsinin də nüvə silahı var. “İsrailin müdafiə naziri Suriyada İŞİD-ə qarşı mübarizədə Pakistanın güman edilən rolu ilə əlaqədar nüvə təhdidi edib. İsrail Pakistanın da nüvə silahına malik olduğunu unudur”, - deyə pakistanlı nazir yazıb. Belə sərt cavab isə İsrailin müdafiə naziri Aviqdor Libermanın bəyanatından sonra verilib. Dekabrın 20-də "AWD News" saytında çıxan xəbərə görə, nazir Pakistanın istənilən bəhanə altında Suriyaya qoşun göndərəcəyi halda, onu nüvə zərbəsi ilə məhv edəcəklərini bildirib. Pakistan 1998-ci ildə nüvə dövlətləri klubuna qoşulub. İsrail isə nüvə silahına malik olduğunu rəsmən nə təsdiq, nə də təkzib edib. İsrail və Pakistan arasında diplomatik münasibətlər yoxdur. Publika.az
Əlində İŞİD bayrağı olan şəxs sərhəddi keçdi - Ölkə əhalisi narahatdır
Almaniya əhalisi ötən həftə Berlində baş verən terraktdan sonra indi də sosial şəbəkələrdə yayılan görüntülərə görə narahat olub. Terrorçu kimi geyinib, əlinə İŞİD bayrağı alan şəxs Almaniyaya keçdiyi anları videoya çəkib, sonra da internetə yükləyib. Danimarka Almaniya sərhəddini keçən Vlad Tapes ləqəbli şəxsin əlində silah da olub. Vlad Tapes videonu sosial şəbəkəyə yükləyərək iki ölkə arasındakı sərhəddə təhlükəsizliyin yox dərəcəsində olmasını göstərib.
Dəhşətli qasırğa gəlir: 76 min insan təxliyə edildi
Filippinin Luzan adasındakı Albay əyalətində 76 min 399 nəfər insan təhlükəsiz bölgəyə təxliyə edilib. İnsanların təxliyə edilməsinə səbəb Nina qasırğasıdır. Axşam saatlarında quruya çatması gözlənilən Nina qasırğasının sürəti saatda 185 kilometrə qədər çatır. Filippin Dövlət Metereologiya bürosu qasırğanın Catanduanes adası və əyalətində 220 km/saata çatacağını bildirib. Qeyd edək ki, Filippində 2013-cü ildəki Haiyan qasırğası 6 mindən çox insanın ölümünə, 4 milyon insanın isə evsiz qalmasına səbəb olmuşdu. Axar.az
Türkiyədən son həmlə: 500 “terrorçu ovçusu” sərhədi keçdi
“Mehmetcik” Suriyanın Əl Bab mahalında İŞİD-ə son zərbəni vurmağa hazırlaşır. Kayseri 1-ci Komando Briqadasından 500 komando Əl Baba göndərilib. Ölkənin cənubi-şərqi və şərqində PKK terror təşkilatına qarşı əməliyyat təcrübəsi olan Kayseri 1-ci Komando Briqadası “terrorçu ovçusu” adlanır. Mahalda ən strateji yeri olan Akıl dağını İŞİD-dən təmizləyən Türkiyə ordusu və Azad Suriya Ordusu Əl Babı tamamilə mühasirəyə alıb. Şimal və qərb istiqamətində kənar məhəllələrinə girən birliklər terrorçu kamikadzelərin hücumlarına qarşı tədbirlər görməkdədir. Son məlumatlara görə, Hələbdən çıxarılan Azad Suriya Ordusunun 1400 əsgəri də Əl Baba gəlib. Publika.az
Hindistanda dini bayramda 40 nəfər xəsarət alıb
Hindistanda dini bayramda yaranan izdihamda 40 nəfər müxtəlif dərəcəli xəsarət alıb. İnsident ölkənin cənub-qərbində, Sabarimala şəhərində qeydə alınıb. Bundan əvvəl 25 nəfərin xəsarət aldığı, üç nəfərin vəziyyətinin ağır olduğu bildirilirdi.
Məlumatları oğurlamaq istəyən cərimələnib
Ermənistan məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissənin kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi məlumatları oğurlamağa cəhd göstərən hərbçini cərimələyib.
Təyyarənin qəza səbəbləri açıqlanıb
"Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri təyyarənin texniki vəziyyəti və ya pilot səhvi ola bilər. Bu barədə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov brifinqdə bildirib. Nazir hava gəmisinin qəzaya uğraması ilə əlaqədar yaradılan hökumət komissiyasına rəhbərlik edir. Onun sözlərinə görə, Soçidə qəzaya uğrayan "Tu-154" təyyarəsində terror aktı törədilməsi versiyası prioritetlər arasında deyil.
Ermənistanda vətəndaş müharibəsi başladı - 20 ölü, 230 yaralı..
Milad itkisi: Corc Maykl vəfat etdi
Dünyanın ən məşhur müğənnilərindən biri, 53 yaşlı britaniyalı Corc Maykl vəfat edib. Əsl ad və soyadı Georgios Kiryakos Panayotu olan müğənni İngiltərənin Oksfordşir qraflığındakı Qorinq şəhərindəki evində keçinib.
Lukaşenko Rusiya səfərindən imtina etdi
Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi ittifaqı Şurası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək iclasında iştirak etməyəcək.
Hadisə Bakıda 2 saata 500 min qazanacaq - YENİ RƏQƏMLƏR
Türkiyəli məşhurların Yeni il gecəsi səhnəyə çıxdıqlarına görə qazanacaqları pulların məbləği açıqlanıb. Ən çox qonorarı Yeni ildə səhnəyə çıxdığına görə meqastar Tarkan alacaq. O, bir neçə saat ərzində 600 min lirə qazanacaq.














