Məlumatları oğurlamaq istəyən cərimələnib
Ermənistan məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissənin kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi məlumatları oğurlamağa cəhd göstərən hərbçini cərimələyib.
26 Dekabr 2016 11:07 DünyaErmənistan məhkəməsi Müdafiə Nazirliyinin hərbi hissənin kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi məlumatları oğurlamağa cəhd göstərən hərbçini cərimələyib. Oğurluğa cəhd hadisəsi bu il aprelin 6-da baş verib. Məhkəmə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini, Arsen adlı erməni hərbçisini cərimələyib. İnformasiyaya görə, o, kəşfiyyat idarəsi rəisinin kompüterindəki məxfi materiallar olan diski öz kompüterinin diski ilə dəyişdirmək istəyən zaman tutulub. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31