Milad itkisi: Corc Maykl vəfat etdi

Dünyanın ən məşhur müğənnilərindən biri, 53 yaşlı britaniyalı Corc Maykl vəfat edib. Əsl ad və soyadı Georgios Kiryakos Panayotu olan müğənni  İngiltərənin Oksfordşir qraflığındakı Qorinq şəhərindəki evində keçinib.

Dünyanın ən məşhur müğənnilərindən biri, 53 yaşlı britaniyalı Corc Maykl vəfat edib. Əsl ad və soyadı Georgios Kiryakos Panayotu olan müğənni  İngiltərənin Oksfordşir qraflığındakı Qorinq şəhərindəki evində keçinib. Onun ölümünə səbəbin kəskin ürək çatışmazlığı olduğu deyilir. Son vaxtlar Corc Maykl məşhur DJ Naughty Boy ilə birlikdə yeni albom üzərpində çalışırdı.

1963-cü ilin iyunun 25-də Londonda yunan mühacirlərin ailsində anadan olmuş Corc Maykl 1980-ci illərin əvvələrində "Wham!" albomu ilə məşhurlaşdı. Albomdakı "Wake Me Up Before You Go-Go" mahnısı 1984-cü ildə ABŞ və Britaniyadakı çartlarda birinci yeri tutmuşdu.

1987-ci ildə Corc Maykl solo karyerasına başlayıb. 1988-ci ildə o, Areta Franklinlə birlikdə ifa etdiyi "I Knew You Were Waiting" mahnısına görə "Grammy" mükafatına layiq bilinmişdi. 1989-cu ildə Corc Maykl "Faith" albomuna görə "Grammy" alıb. Bununla yanaşı o, 5 dəfə MTV mükafatına layiq bilinmişdi. Onun son albomu olan "Symphonica" 2014-cü ildə satışa çıxarılmışdı. Corc Maykl 2011-ci ildə ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Verilən məlumatlara görə, o, ölüm ayağında olub. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31