Dəhşətli qasırğa gəlir: 76 min insan təxliyə edildi
Filippinin Luzan adasındakı Albay əyalətində 76 min 399 nəfər insan təhlükəsiz bölgəyə təxliyə edilib. İnsanların təxliyə edilməsinə səbəb Nina qasırğasıdır. Axşam saatlarında quruya çatması gözlənilən Nina qasırğasının sürəti saatda 185 kilometrə qədər çatır. Filippin Dövlət Metereologiya bürosu qasırğanın Catanduanes adası və əyalətində 220 km/saata çatacağını bildirib. Qeyd edək ki, Filippində 2013-cü ildəki Haiyan qasırğası 6 mindən çox insanın ölümünə, 4 milyon insanın isə evsiz qalmasına səbəb olmuşdu. Axar.az
26 Dekabr 2016 11:31 DünyaFilippinin Luzan adasındakı Albay əyalətində 76 min 399 nəfər insan təhlükəsiz bölgəyə təxliyə edilib. İnsanların təxliyə edilməsinə səbəb Nina qasırğasıdır. Axşam saatlarında quruya çatması gözlənilən Nina qasırğasının sürəti saatda 185 kilometrə qədər çatır. Filippin Dövlət Metereologiya bürosu qasırğanın Catanduanes adası və əyalətində 220 km/saata çatacağını bildirib.
Qeyd edək ki, Filippində 2013-cü ildəki Haiyan qasırğası 6 mindən çox insanın ölümünə, 4 milyon insanın isə evsiz qalmasına səbəb olmuşdu. Axar.az