Yaponiya nüvə tullantılarını 5 min metr dərinlikdə basdırmağı planlaşdırır
Yaponiyanın hökumət dairələrinə yaxın Dəniz Gelogiyası Elmləri və Texnologiyalar Agentliyi (JAMSTEC) radioaktiv tullantıların təqribən 5 min metr dərinlikdə basdırılmasının mümkünlüyünü araşdıracaq.
26 Dekabr 2016 11:52 DünyaYaponiyanın hökumət dairələrinə yaxın Dəniz Gelogiyası Elmləri və Texnologiyalar Agentliyi (JAMSTEC) radioaktiv tullantıların təqribən 5 min metr dərinlikdə basdırılmasının mümkünlüyünü araşdıracaq. JAMSTEC-in mütəxəssisləri gələn ilin aprelindən sonra həmin tullantıların yeni variantla basdırılmasının ilkin tədqiqinə başlayacaqlar. Bu tədqiqatlar Sakit okeandakı sabit geoloji lövhənin üzərində yerləşən Minamitorişima adasında aparılacaq. JAMSTEC-dən bildiriblər ki, həmin rayonun topoqarafiyası və geologiyası barədə məlumatları toplamaq üçün elmi-tədqiqat gəmisindən istifadə ediləcək. AZƏRTAC