Əfqanıstanda "Taliban"çılar məhv edildi




Əfqanıstanın şimalında ordu qüvvələri ilə "Taliban" silahlıları arasında atışma baş verib.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi xəbərə görə, Şibarqan şəhəri yaxınlığında baş verən qarşıdurmada 5 silahlı məhv edilib, daha 5-i yaralanıb.

Məlumata əsasən, atışma silahlıların nəzarət-keçid məntəqəsinə hücumundan sonra baş verib. Hərbçilər arasında itkilər barədə məlumat verilmir. "Taliban" hərəkatı insidentlə bağlı hələ ki, açıqlama verməyib.





 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31