İran ordusunun irimiqyaslı təlimləri başlayıb

 İranın cənubunda “Səma müdafiəçiləri-Vilayət-2” adlı irimiqyaslı hərbi təlimlər başlayıb. Bunu ölkənin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.

İranın cənubunda "Səma müdafiəçiləri-Vilayət-2" adlı irimiqyaslı hərbi təlimlər başlayıb. Bunu ölkənin "Xatəmül-Ənbiya" Hava Hücumundan Müdafiə Qərargahının rəisi general-leytenant Fərzad İsmaili bildirib.

Onun sözlərinə görə, təlim 496 kv km ərazidə 5 gün davam edəcək: "Hərbi təlimlər İranın Oman dənizi və körfəzdəki 3 adasındakı hava və su sərhədlərini əhatə edəcək".

F.İsmaili deyib ki, təlimlərdə İnqilab Keşikçiləri Qvardiyasının Hava Hücumundan Müdafiə bölmələri, dəniz donanmasının əməliyyata nəzarət hərbi hissələri, artilleriya və müşahidə tağımları iştirak edəcək.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31